Qazaxıstanın Almatinski ərazisində qəzaya düşən Su-27 taktiki-qırıcı təyyarənin pilotlarının cəsədləri tapılıb.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
“Axtarış işlərinin gedişatında Su-27 taktiki-qırıcı təyyarəsini idarə etmiş pilotların polkovnik-leytenant Erlana Nauanova və polkovnik-leytenant Denis Qorbunovun bədənlərinin hissələri aşkar edilib. Əlavə məlumat isə xüsusi komissiyanın işinin yekunlarından sonra bildiriləcək”, – deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.
Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Su-27 təyyarəsi ötən çərşənbə axşamı təlim-məşq uçuşları zamanı Almatinsk ərazisində qəzaya uğramışdı. Təyyarənin içində olan hər iki pilot həlak olmuşdu.

COMMENTS