Piyada səkisində ət kəsilir, narazılıq var…- VİDEO

Piyada səkisində ət kəsilir, narazılıq var…- VİDEO

Bakının Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsi fəaliyyət göstərir.

“Report” xəbər verir ki, sözügedən ərazidə fərdi şəkildə, hətta piyada səkisində ət kəsimi ilə məşğul olurlar. Normalara cavab verməyən ət kəsim məntəqəsində kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) münasibətini öyrənməyə çalışdıq. Agentliyin şöbə müdiri Əkbər Əliyev bildirib ki, hazırda həmin ərazidə müvafiq inzibati tədbir görülüb. Aidiyyəti qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinə məlumat verilib. Bununla bağlı araşdırmalar davam etdirilir.

AQTA rəsmisi deyib ki, Azərbaycanın müxtəf şəhər və rayonlarında 88-ə yaxın ət kəsim məntəqəsi fəaliyyət göstərir: “Hazırda müasir heyvan kəsimi məntəqələrinin yaradılması davam etdirilir. Vətəndaşlara da yalnız həmin məntəqələrdə kəsilmiş ətləri istehlak etməyi tövsiyə edirik”.

COMMENTS