PKK-lı Baran öldürüldü

Tuncelinin Ovacıq kəndində sentyabrın 16-dan başlayan antiterror əməliyyatlarında PKK rəhbərlərindən kod adı “Baran Dersim” olan 43 yaşlı İsmail Aydemir öldürülüb.

“Hürriyət” qəzeti yazır ki, xəbər Tunceli valiliyinin 4 gün davam edən əməliyyat haqqında açıqlamasında yer alıb. Xəbərdə bildirilir ki, yerlilər Aydemirin cəsədini öldürülən 40-a yaxın PKK-lının meyiti arasında tanıyıb.

Fakt PKK-nın internet saytında da var. Sayt PKK-nın Ovacık əməliyyatında 35 canlı qüvvə itirdiyini yazıb. İsmail Aydemir PKK-nın Dersim əyalət komandiri, PKK-nın silahlı qanadlarından HPG-nin tabe olduğu səlahiyyətli şəxs idi. Onunla bərabər HPG rəhbərlərindən “Erdal” ləqəbli Abdurrahman Akçin, “Çilo” ləqəbli Resul Balıkçı, “Botan” ləqəbli Sedat Arslan da məhv edilib.

“Hurriyetin” xəbərinə görə, İsmail Aydemir 24 ildir PKK-ya qoşulub. Onun adı bölgədəki onlarla terror olayının birbaşa rəhbərləri sırasında çəkilir. Aydemir son illər öldürülən ən yüksək görəvli PKK-lıdır.

COMMENTS