Plastik üz qoruyucularının təsirsiz olduğu sübut olundu…


Yaponiyalı mütəxəssislər bir çox insanın koronavirusdan qorunmaq üçün istifadə etdiyi plastik üz qoruyucuları ilə bağlı mübahisələrə son nöqtəni qoyub.
 
Kobe şəhərində aparılan araşdırma koronavirusa qarşı geniş istifadə olunan plastik başlıqların heç bir qoruyucu xüsusiyyətinin olmadığını sübut edib.
Sözügedən araşdırma zamanı kompyuter hesablamalarında havadakı 5 mikrometrdən kiçik damcıların demək olar ki, 100 faizinin qoruyucu başlıqlara rəğmək yayıldığı ortaya çıxıb.
Elm adamları 50 mikrometrdən daha böyük damcıların təxminən yarısının plastik üz qoruyucusundan içəri keçdiyini və virusu tamamilə təsirsiz hala gətirmədiyini söyləyib.
DOSYE.ORG

COMMENTS