Polikilinkanı yaran şəxs tutuldu

Poliklinikadan oğurluq edən şəxslər tutulub. Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-nə keçən gecə Masazır qəsəbə poliklinikasının zirzəmisindən oğurluq edilib.

Oradan Abşeron Rayon Bələdiyyəsinə məxsus 300 manat dəyərində 30 ədəd lampa gücləndiricilərini oğurlayan Sumqayıt şəhər sakini Məhəbbət Bayramov və Masazır qəsəbə sakini Rafiq Əhmədov tutulublar.

COMMENTS