Top.Mail.Ru

Polis karantin rejimi ilə əlaqədar Ağdaş və Şəkidə reydlər keçirib – FOTO

Polis karantin rejimi ilə əlaqədar Ağdaş və Şəkidə reydlər keçirib – FOTO

Şəki və Ağdaşda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti reydlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları şəhərdaxili marşrut avtobuslarında, mağazalarda, açıq ictimai məkanlarda, eləcə də digər qapalı obyektlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, karantin qaydalarına riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar. Gündəlik olaraq həyata keçirilən nəzarət-profilaktik tədbirlərdə əsas məqsədin onların maarifləndirilməsi, sağlamlıqlarının və təhlükəsizliyinin qorunması olduğunu bildiriblər.

Reydlər zamanı ictimai nəqliyyatda, mağazalarda qaydaların pozulması hallarına rast gəlinib. Belə ki, bəzi sürücü və sərnişinlərin, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, kassaların önündə sosial məsafənin gözlənilmədiyi aşkarlanıb.

Aparılan izahedici söhbətlərdən, edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbir görülüb.

COMMENTS