Polis məmuru əvvəl arvadını, sonra isə özünü tapanca ilə öldürdü

Polis məmuru əvvəl arvadını, sonra isə özünü tapanca ilə öldürdü

Hadisə Türkiyədə qeydə alınıb

İzmirin Çiğli ilçəsində təqaüdçü polis məmuru Ərdoğan Sarıyıldız boşanma mərhələsində arvadı Özləm Sarıyıldızı tapanca ilə öldürdükdən sonra eyni silahla öz həyatına da son qoyub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Çiğlidəki Atatürk məhəlləsi 8930/1 küçəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım və polislər çağırılıb.

Sarıyıldızların cəsədləri İzmir Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

DOSYE.ORG

COMMENTS