Polis mütəşəkkil dəstəni zərərsizləşdirdi

Polis mütəşəkkil dəstəni zərərsizləşdirdi

Abşeronda daxili işlər orqanları əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hökməli qəsəbə sakinləri Cavidan Cəbrayılovdan 1 ədəd “Makarov” markalı tapança və 4 ədəd patron, Ədalət Xəlilovdan alışqanı ilə birgə 2 qutu trotil, 1 ədəd “F-1” qumbarası, 34 ədəd müxtəlif çaplı patron, Ceyhun Xəlilovdan 10 qram marixuana və Mübariz Cəbrayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 1 kiloqram olan 7 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

COMMENTS