Polis orqanından qovulan sabiq rəisi narkotikaya nə bağlayırdı?

Yusifov Ənvər – Suraxanı Polis İdarəsində rəis müavini işləyib;
– 19-cu Polis Bölməsində Rəis vəzifəsində çalışıb;
– 33-cü Polis Bölməsinin rəisi olub;
– Məhərəəm Əliyevin kadrlarından biridir;
– Polis orqanlarından qovulub!
– Narkotikaya marağı hədsizdir!

 

Barəsində çox ilginc məlumatlar əldə etdiyimiz şəxs barədə qısa məlumatı yuxarıda yazdığımız bölümdən oxudunuz.

 

Məhərrəm Əliyevin Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi vəzifəsini General-mayor Rafiq Abbasova təhvil verməsindən sonra 33-cü polis bölməsində bütün qanunsuzluqları törədən rəis Ənvər Yusifovun həyatında gözləmədiyi halda qara günlər başladı. Onun rəhbərlik etdiyi, daha doğrusu etmədiyi 33-cü bölməni BŞBPİ-nin yeni rəisi Rafiq Abbasov şəxsən yoxlamaq qərarına gəldi. Qəfil yoxlama zamanı məlum oldu ki, bölmədə olmalı olan 6 ədəd avtomat silahından biri yerində deyil.

 

Və daha sonra məlum oldu ki, bu silah camaatda xof yaratmaq üçün sahə müvəkkilinin çiynindən asılıb. General Rafiq Abbasov yerindəcə bunun əhali arasında xof yaratmağa hesablandığını bildirərək aşkarlanan digər ciddi xidməti nöqsanları da nəzərə alıb Ənvər Yusifovun vəsiqəsini əlindən alır. Elə həmin gecə məsələ nazir Ramil Usubova məruzə olunur və “qəhrəmanımız” polis sistemindən qovulur.

 

Nə qədər qəribə olsa da, Ənvər Yusifov məhz bu qərar aşıqlandıqdan sonra heç bir zaman özünə yaraşdırmadığı üçün əynunə geyinmədiyi polis formasını geyinərək bir qədər əvvəl bütün şəxsi heyyətin qarşında təhqir olunduğu 33-cü bölməyə bir də qayıdır. Və bir qədər əvvəl General Rafiq Abbasovun ondan vəsiqəni aldığı zaman ürəyi getdiyi yerdəcə ağlamağa başlayır…

 

Amma bu ağlamaq BŞBPİ inspeksiya şöbəsinin bölmədə yenidən yoxlama aparmasına mane ola bilmir. Nəticə o qədər böyük qanunsuzluqlar aşkarlanır ki, bölməyə yeni təyin olunan müavin Qədir Mehdiyev də vəzifədən alınaraq 32-ci polis bölməsinə əməliyyat müvəkkili təyin olunur. Bütün baş verənlər isə Ənvər Yusifovu sakitləşdirmir. O, vəzifəsində qalmaq üçün hər bir vasitəyə əl atır. Hətta 100 min manat pulla yenidən həmin vəzifəni satın almaq belə könlündən keçir.

 

Amma nafilə – onun bu istəyinə qarşılıq verən tapılmır. Və bundan sonra Ənvər Yusifov anlayır ki, artıq o, heç bir zaman polis orqanlarına qayıda bilməyəcək. Buna görə də özünə başqa vəzifə satın almağa çalışır. Bu dəfə bəxti gətirir. Hələlik adını yazmaq istəmədiyimiz dövlət orqanlarından birinə yol tapır. Əvvəlcə 60 min manat ödəyir və istədiyi şəkildə vəzifəni satın alır. Pulun qalan hissəsini isə özünə məxsus çörək sexini sataraq tamamlayır.

 

“Yeniaxtaris.az”-ın əldə etdiyi daha bir maraqlı məqam isə Ənvər Yusifovun dövləti aldatmaq üçün əl atdığı unikal fırıldaq metodu barəsindədir. İddiaya görə o, polis orqanlarında işlədiyi zaman Tibbi müayinədən keçmək üçün ağıllara gəlməyən vasitələrə əl atıb. Belə ki, sürücüsünun (adının Azad olduğunu bilirik) uşağının sidik vxatireə nəcsini tibbi müayinə üçün labaratoriyaya təqdim edən Ənvər Yusifov bununla sirr kimi saxladığı asılılığını dövlətdən gizlədə bilib.

 

Bu yerdə onu da bildiririk ki, Ə. Yusifov vəzifədən kənarlaşdırılan zaman onun yaxın qohumunun Beyləqan rayon Daşburun qəsəbəsində böyük narkotika plantasiyası da üzə çıxarılıb. Bizə verilən məlumata görə, Ənvər Yusifovun özünün də narkotiyaya marağı güclü olub.

 

Əldə etdiyimiz digər maraqlı məlumatda isə Yusifovun həm də Əfqanıstan Müharibə Veteranları Cəmiyyətininin sədr müvini olduğu üzə çıxıb. Əlbəttə ki, onun olduğu hər yerdə qanunlar pozulduğu üçün xırda axtarışımız nəticəsində öyrənə bildik ki, Ə.Yusifov cəmiyyətin sədri ilə birləşərək Biləcəri qəsəbəsində Əfqanıstan Veteranları üçün ayrılan böyük torpaq sahəsini də satıb. Xatırladaq ki, indi onların satdığı ərazidə “Delfin” otel və Bakının ən dəbdəbəli villaları inşaa edilib.

 

Elə ki söz dəbdəbədən düşdü, o zaman Yusifovun daha bir marağını da qeyd etməyin tam zamanıdır. Bizə məlumdur ki, Yusifovun müğənni Xatirə İslamla ciddi və bir o qədər də qaranlıq münasibətləri olub. Hətta şahidlərin bildirdiklərinə görə, beyni dumanlanan zaman Yusifov Xatirə İslamın çantasına 100 manatlıq əsginazlardan ibarət “pul paçkaları”nı doldurmaqdan da həzz alırmış…

COMMENTS