Polis rəisi işdən azad olundu

Polis rəisi işdən azad olundu

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Modern.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olub.

Onun yerinə polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib. O daha əvvəl Şəmkir rayon Polis Şöbəsinin Zəyim Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

DOSYE.ORG

COMMENTS