Polis rəisinin atası vətəndaşı aldadıb? ŞOK

Polis rəisinin atası vətəndaşı aldadıb? ŞOK

Dosye.org saytın elektron ünvanına Göyçay şəhəri N.Tusi küçəsi ev 7 də yaşayan Rusiya Federasiyasının vətəndaşı Quliyev Mehman Tahir oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaş iddia edir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov tərəfindən dələduzluğa məruz qalıb. Məktubu olduğu kimi oxuculara təqdim edirik:

Mən Quliyev Mehman Tahir oğlu Rusiya Federasiyasının vətəndaşıyam. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov oğluna arxayın olub məni aldadıb dələduzluq yolu ilə küllü miuqdarda pulumu ələ keçirmişdi.
Belə ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzovdan Azərbaycanda biznes qurmaq təklifi aldım.İşin adı isə yükdaşıma idi. Buna görə “Hovo” markalı yek maşını almaq üçün Zəlimzan Novruzova 41500 ABŞ dolları pul verdim.Həmin pula 99 DE 219 nömrəli Hovo markalı yük avtomobili alındı. Avtomobili həyat yoldaşı Fatma Novruzovanın adına rəsmişəşdirdi. Mən Rusiyada yaşadığım üçün həmin biznesə Zəlimxan Novruzov özü nəzarət edirdi.Bir müddət mənə əldə olunan qazancdan müəyyən məbləğdə pul versədə sonradan oğlunun vəzifəsindən mənim isə etibarımdan sui-istifadə edərək məni aldatmağa başladı. O, Hovo markalı avtomobilin nömrəsinidə dəyişdirmişdi. Həyat yoldaşı Fatma Novruzova ilə rəmi şəkildə boşansada ancaq faktiki bir yerdə yaşayırlar.Bunu isə dələduzluq yolu ilə əldə etdiyi kapitalı qorumaq üçün edib. Bütün əmlakını həyat yoldaşının adına rəsmiləşdirib.Mən bunu bilib Zəlimxan Novruzovdan həmin avtomobili satıb mənim 41500 ABŞ dolları pulumu verməyi xahiş etdikdə o məni və ailəmi polis rəisi olan oğlu Nizami Novruzovla hədələdi.Çiynində polis zabiti rütbəsi daşyan polis rəisi Nizami Novruzov atasının dələduzluq əməllərinə haqq qazandırır. Bu isə polis adına böyük bir ləkədir. Mən bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişəm.Ancaq hələ heç bir tədbir görülməyib.
Ancaq mən inanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov mənim bu şikayətimi obyektiv araşdırıb atasının dələduzliuğuna haqq qazandıran, onun cinayət əməllərini müdafiə edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun və atasının barəsidnə qanuna müvafiq tədbirlər görəcək.

 

DOSYE.ORG

REDAKSİYADAN: Məsələ ilə bağlı bildirmək istəyirik ki, məktub aidiyyəti üzrə DİN-nə ünvanlanacaq. Odur ki, dosye.org informasiya agentliyinin elektron ünvanına daxil olan şikayət məktubunda adı hallanan şxslərin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS