Top.Mail.Ru

Polis restoranda reyd etdi: Ölkə Prezidentini və arvadını saxladı

Polis restoranda reyd etdi: Ölkə Prezidentini və arvadını saxladı

Avstriya polisi ölkə Prezidenti Aleksandr Van der Belleni saxlayıb.

Cebhe.info-nun məlumatına görə, dövlət başçısı rəsmi icazə verilməyən saatlarda restoranda içki içib. Həmin vaxt prezidenti xanımı ilə restoranda əyləşən görüblər. O bildirib ki, söhbətə başı qarışdığı üçün vaxtın necə keçdiyini bilməyib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avstriyada tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq, bütün restoran, bar və kafelər saat 23:00-a qədər açıqdır. Müştərilərə bu müddətdən sonra masalarda oturmağa icazə verilir, ancaq ofisiantların onlara xidmət etməsi qadağandır. Polis Vyananın mərkəzindəki “Sole” italyan restoranına baxış keçirərkən masada əyləşib içki qəbul edən Van der Belleni və onun xanımını görüb. Prezident “Tvitter”də günahını etiraf edib.

“Çox təəssüf edirəm. Səhv oldu”,- deyə yazıb. Bundan başqa, Van der Bellen müəssisə sahibinə dəyən zərərin əvəzini ödəmək niyyətindədir.

DOSYE.ORG

COMMENTS