Top.Mail.Ru

Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan “İJ-16” markalı və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Bundan başqa, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Hüseynovun içərisində 1320 manat, 31 ABŞ dolları və 50 lirə olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Mustafayev saxlanılıb.

Oxşar əməliyyat Gəncənin Kəpəz rayonunda da keçirilib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən su mühərriki, “VAZ-2106” markalı avtomobildən isə akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərov saxlanılıb.

DOSYE.ORG

COMMENTS