Top.Mail.Ru

Polisdən qaçan sürücü qəza törətdi

Polisdən qaçan sürücü qəza törətdi

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Axar.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, sürücü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb. Sonda o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Qəza zamanı 1998-ci il təvəllüdlü Hüseynov Şahmar Faiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa sınığı, bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS