Polisləri şantaj edən şəxs həbs edildi

Polisləri şantaj edən şəxs həbs edildi

Azərbaycanda polisi şantaj edən şəxs tutulub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, oktyabrın 8-də Biləsuvar RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb edib.

Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Araşdırmalar davam etdirilir. (lent.az)

COMMENTS