“Polşa ABŞ-ın nüvə silahının yerləşdiriməsi üçün açıqdır”

“Polşa ABŞ-ın nüvə silahının yerləşdiriməsi üçün açıqdır”

“NATO Polşada sülhməramlı missiya həyata keçirməli və bu ölkəyə sorğu etdiyi bütün silahları verməlidir”
Polşa baş nazirinin müavini Yaroslav Kaçinski  bəyan edib ki, onun ölkəsi Amerikanın nüvə silahının yerləşdirilməsinə hazırdır.
Moderator.az xəbər verir ki, bunu o, Almaniyanın “Welt am Sonntag” nəşrinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO- nun komanda qərargahının Polşada mövcud olması “alyansın rəhbəredici səviyyədə hazırda həm də Şərqdə təmsil olunması barədə Rusiya üçün aydın siqnal ola bilərdi”.
Polşa baş nazirinin müavini, milli təhlükəsizlik və müdafiə işləri üzrə Komitə sədri Yaroslav Kaçinski deyib ki, Varşava  Vaşinqtonun xahiş edəcəyi təqdirdə Amerikanın nüvə silahının yerləşdirilməsi üçün yer ayırmağa hazırdır.
Kaçinski əlavə edib ki, NATO- nun Hollandiyanın Brünsüm şəhərində “təşkilatın bütün fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi”nə analoji olaraq Polşada yeni komanda mərkəzini formalaşdırmaq zəruridir.
O, həmçinin qeyd edib ki, alyans Ukrayna böhranının tezliklə həlli üçün daha çox fəallıq göstərməlidir.
Bunun üçün o, iki addım təklif edib:
Birincisi, Ukraynanın bəyəndiyi tədqirdə orada sülhməramlı missinı həyata keçirməlidir.
İkincisi, bu ölkəyə sorğu etdiyi bütün silahları verməlidir.

COMMENTS