Polşa hava sərhədlərini 44 ölkənin üzünə bağladı

Polşa hava sərhədlərini 44 ölkənin üzünə bağladı

Polşa hökuməti koronavirus pandemiyası səbəbindən hava məkanını 44 ölkəyə bağlı elan edib.

Dosye.org Teleqraf.coma-a istinadən xəbər verir ki, Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq.

Açıqlanmış siyahıya bu ölkələr daxildir: Albaniya, Argentina, Ermənistan, Baham adaları, Bəhreyn, Beliz, Boliviya, Bosniya və Herseqovina, Braziliya, Çili, Monteneqro, Dominikan Respublikası, Ekvador, Esvatini, Qvatemala, İspaniya, Honduras, Hindistan, İraq, İsrail, Qətər, Qazaxıstan, Kolumbiya, Kosovo, Kosta-Rika, Kuveyt, Livan, Liviya, Lüksemburq, Şimali Makedoniya, Maldiv adaları, Malta, Meksika, Moldova, Namibiya, Panama, Paraqvay, Peru, Kabo-Verde, Cənubi Afrika, Rumıniya, Salvador, Surinam, ABŞ.

DOSYE.ORG

COMMENTS