Polşa mədənində 850 metr dərinlikdə partlayış

Polşa mədənində 850 metr dərinlikdə partlayış

Polşanın Sileziya voyevodalığında Knurov-Şçiqloviçe mədənində metan partlayışı baş verib. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Hadisə 850 metr dərinlikdə baş verib.

Bildirilir ki, yaralıların əksəriyyəti yanıq xəsarəti, əl və ayaq travmaları alıblar, həmçinin əziliblər.

Şaxtaçılardan 14-ü xəstəxanaya yerləşdirilib.//Oxu.Az

COMMENTS