Pompeodan Rusiyaya xəbərdarlıq – “Türkiyəyə edilən bu hücum…”

Pompeodan Rusiyaya xəbərdarlıq – “Türkiyəyə edilən bu hücum…”

“Rusiya, İran və Hizbullah Suriyanın şimalında atəşkəsin qorunmasına əngəl olur”.

Teleqraf.com xəbər verir ki, bunu Bəşər Əsəd ordusunun Türkiyənin mövqelərinə hücum etməsi haqda danışan ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Dövlət rəsmisi Suriya rejimi qüvvələrinin hücumunu “barbarlıq” adlandırıb:

“Bu barbar hücumlar dayandırılmalı, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsas götürülərək, sülh təmin edilməlidir”.

Pompeo Əsəd rejiminin ölkə miqyasında atəşkəs rejiminə əməl etməyəcəyi halda, buna nail olmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib.

Əsəd rejimi, Rusiya, İran və Hizbullah terror təşkilatının İdlibdə yaşayan mülki insanlara hücumlarını qınayan Pompeo bölgədə həyatını itirən türk hərbçilər üçün rəsmi Ankaraya başsağlığı verib:

“Belə hücumların qarşısında NATO müttəfiqimiz Türkiyənin yanında dayanırıq və həyatlarını itirənlər üçün Türkiyə hökumətinə başsağılığı veririk. Türkiyənin müdafiə məqsədilə addımlarını dəstəkləyir, bu məsələ ilə bağlı türk hökumətilə müzakirələr aparırıq”.

Qeydn edək ki, Əsəd rejiminin son hücumlarında Türkiyə ordusunun 8 hərbçisi həlak olub.

DOSYE.ORG

COMMENTS