Ukrayna prezidenti Pyotr Poroşenkonun Gürcüstanın eks prezidenti Mixail Saakaşviliyə vəzifə verməsi birmənalı qarşılanmayıb və bir sıra ukraynalı tərəfindən tənqidə məruz qalıb.
ANS PRESS-in məlumatına görə, ötən günlərdə rəsmən Odessa vilayəti dövlət administrasiyasının başçısı təyin olunan Mixail Saakaşvili Ukrayna prezidentinin göstərişi ilə xüsusi təyinatlılar tərəfindən qorunduğunu açıqlayıb.
“Məni Xüsusi təyyinatlı dəstə qoruyur. Burada Kiyevdəkindən daha çox mühafizəçilər var. Lakin bu mənim əhali ilə ünsiyyət qurmağıma heç bir maneçilik törədə bilməz. Sadəcə olaraq, prezident mənim təhlükəsizliyimi düşünərək bu fərmanı verib, mən bunu ondan tələb etməmişəm”, – deyə M.Saakaşvili sözlərinə əlavə edib.
Xatırladaq ki, fevral ayında isə Ukrayna prezidenti Saakaşvilini yeni yaratdığı İslahatlar üzrə Beynəlxalq Məşvərət Şurasının rəhbəri təyin etmişdi. Mixail Saakaşvili və Pyotr Poroşenko sinif yoldaşlarıdır. Onlar Taras Şevçenko adına Kiyev Universitetində təhsil alıblar.
COMMENTS