Poroşenko Saakaşviliyə “ədalətli məhkəmə” vəd edir

Poroşenko Saakaşviliyə “ədalətli məhkəmə” vəd edir

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezienti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib.

APA-nın verdiyi xəbərə görə, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib: “Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm”.

Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.

Dosye.org

COMMENTS