Poroşenko: “Ukraynada bundan sonra oliqarx olmayacaq”

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynada bundan sonra oliqarxların olmayacağını bəyan edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Pyotr Poroşenko bunu Odessaya səfəri çərçivəsində çıxışı zamanı deyib.

“Ukraynada bundan sonra heç bir oliqarx olmayacaq. Oliqarxlar orta təbəqədən daha çox ödənişlər etməlidir”, deyə Poroşenko qeyd edib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması haqqında fərman imzalayıb. Ötən gün Poroşenko Odessada Mixail Saakaşvilini ictimaiyyətə vilayətinin yeni başçısı kimi təqdim edib.

COMMENTS