Prezident Həsənov və Usubova yeni vəzifə verdi – Sərəncam

Prezident Həsənov və Usubova yeni vəzifə verdi – Sərəncam

Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılacaq Təşkilat Komitəsinin sədri təyin edilib.

Dosye.org  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Eyni sərəncamla, Daxili İşlər nazir Ramil Usubov təşkilat sədrinin müavini təyin edilib.

Prezident nazirlər Elmar Məmmədyarov, Samir Şərifov, Oqtay Şirəliyev, Fikrət Məmmədov, Ceyhun Bayramov, Azad Rəhimov, Əbülfəs Qarayev, Baş prokuror Zakir Qaralov, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, DTX rəisi Mədət Quliyev, DSX rəisi Elçin Quliyev, MTRŞ sədri Nuşirəvan Məhərrəmov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Bakı merinin müavini Fidumə Hüseynova və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeynini Təşkilat Komitəsinin tərkibinə daxil edib.

Dosye.org

COMMENTS