Top.Mail.Ru

Prezident hamını küçəyə çağırdı: – Özü isə velosipedi qapalı yerdə sürdü

Prezident hamını küçəyə çağırdı: – Özü isə velosipedi qapalı yerdə sürdü

Türkmənistanda koronavirusun olduğuna dair rəsmi açıqlama verilməsə də, artıq məhdudlaşdırıcı təbirlər görülür.

Belə ki, bu ölkədə ad günü, toy və bu qəbildən digər tədbirlərə 200-dən artıq qonağın dəvət edilməsi qadağan olunub.

Bu barədə “Türkmənistan xronikası” yazıb. Səbəb koronavirusun yayılmasının qarşısıını almaqdır.

Mənbənin bildirdiyinə görə, bir masa arxasında 6-dan artıq şəxsin oturması da qadağan olunub. Hələlik buna nəzarətin necə həyata keçiriləcəyi bəlli deyil. Polis əməkdaşları da icra mexanizmi barədə məlumatlı deyil. “Ancaq hələlik masaları və stulları saymalı olacağıq”,- deyə polis əməkdaşı bildirib. Türkmənistanda karantin tədbirləri görülsə də, bu barədə çox danışılmır və ciddi qaydalar qoyulmur. Restoran və kafelər müştəriyə məsafədən xidmət göstərdiklərini bildirsələr də, əslində xidmət qaydasında heç nə dəyişməyib.

Ümumdünya Səhiyyə günü ilə bağlı 7 aprelə planlaşdırılan velosiped yürüşü təxirə salınmayıb. Amma əvvəllər olduğu kimi, bu dəfə küçələr bağlanmayıb, Prezident yürüşə qatılmayıb. Qurbanqulu Berdımuhəmmədov oğlu Sərdarla bərabər Olimpiya şəhərində veliosiped sürüb. Yürüşə gətirilən tələbələrin bəzisinə bildirilib ki, tədbir təxirə salınıb. Ancaq dövlət mətbuatı yürüşün təntənəli şəkildə baş tutduğunu yazıb.

Türkmənistan rəsmən koronavirisun olmadığı 20 ölkə arasındadır. Bir neçə dəfə xarici mətbuatda Türkmənistanda virusun olduğuna dair informasiya yayılsa da, bu, rəsmən təsdiqlənməyib.

DOSYE.ORG

COMMENTS