Prezident İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Domeniko Koko İtaliyanın Kataniya şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
COMMENTS