“Prezident mənə deyib ki, sizin ananızı ağlar qoyum”- ŞOK MÜRACİƏT

“Prezident mənə deyib ki, sizin ananızı ağlar qoyum”- ŞOK MÜRACİƏT

mot.jpg

Gədəbəy rayonu Çobankənd kənd sakini Cəfərov Adil Yunis oğlu dövlət qurumlarına müraciət edir. Sürəti ni media qurumlaranına ünvanlayan vətəndaş hüquqlarının bərpası üçün yardım istəyir.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova,

Azərbaycan Respublikası DTX-nin rəisi general-leytenant cənab Mədət Quliyevə,

Azərbaycan Respublikası DSX-nin rəisi general-polkovnik cənab Elçin Quliyevə,

SÜRƏTİ: Media qurumlarına.

                                                                                     MÜRACİƏT

Əzizvə hörmətli müraciət etdiyim dövlət qurumların rəhbərləri. Mən Cəfərov Adil Yunis oğlu üzün müddət Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin konvoy taborunda xidmət etmişəm. Xidmət etdiyim dövürdə heç bir nöqsana yol verməmişəm. Bunlardan əlavə Qarabağ döyüşlərinin fəal iştirakçısı olmuşam. Lakin bu gün mənə qarşı DSX-nin müstəntiqi Cavid Məmmədzadə vəzifədən sui-istifadə edərək məni ləkələməyə və şantaj etmək fikrindədir. Bu barədə dövlət qurumlarına və media orqanlarına məlumat vermişəm. Bir daha sizlərə bildirim ki, müstəntiq Cavid Məmmədzadə mənim yaxınlarımı və ailə üzüvlərimi DSX-nə dəvət edərək mənim əlehimə ifadə almağa çalışır. Səbəb isə məndən tələb etdiyi 15.000(min) manatdır. Etiraf edirəm ki, ailə üzüvlərimə olan təziyiqlərə dözməyərək tanışlarımdan topladığım 3300 manat pulu 12.05.2018-ci il tarixdə C. Məmmədzadəyə verdim. Və bildirdim ki, bundan sonra bir manat belə vermək imkanım olmayacaq.

Xahiş etdim ki, mənim yaxınlarımdan və ailə üzüvlərimdən əl çək. Fürsətdən istifadə edən C. Məmmədzadə pulu götürdükdən sonra xidməti otağında ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Mən ona etikalı olmağı və prezidentin dövlət qulluqçularına tapşırdığını xatırladım. Amma C. Məmmədzadə “Prezident mənə deyib ki, sizin ananızı ağlar qoyum” deyərək məni təhqir etməyə davam etdi. Görünür, DSX-nin müstəntiqi C. Məmmədzadə dövlət qulluqçuları haqda qanundan məlumatsızdır. Özünün dediyi kimi “day-dayısı” yüksək çiyinli məmurdur. Açıq mənə bildirdi ki. hara istəyirsən şikayət et. Qalan məbləği yəni 11.700 manatı da alacağını söylədi.

Hörmətli dövlət qurumları!

Mən Azərbaycan vətəndaşı olaraq bildirirəm ki, hüquqlarım kobud şəkildə pozulur. Ailə üzüvlərimə təziyiqlər isə davam edir. Səhətində ciddi problemləri olan bacım Hüseynova Kimya Yunis qızı heç bir məlumatı olmadan barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Vətəndaşlıq hüquqlarımdan istifadə edib sizlərə müraciət edirəm. DSX-nin müstəntiqi C. Məmmədzadə mənə və ailəmə qarşı təziyiqlərə son qoymasa Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərinə müraciət edəcəyəm. Ən azından haqlı olduğum üçün peşman olmayacağam. İnanıram ki, yuxarıda adı hallanan rəhbər şəxslər müraciətimi nəzarətə götürəcəklər. Əvvəlcədən sizlərə təşəkkürümü bildirirəm.

Dosye.org

REDAKSİYADAN: Məlumat üçün bildirək ki, Cəfərov Adil Yunis oğlu dosye.org saytına rəsmi məktub ünvanlayıb. Vətəndaş iddia edir ki, DSX-nin müstəntiqi C. Məmmədzadə onun yaxınlarına və ailə üzüvlərinə təziyiqlər edir. KİV-nin qanunlarını nəzərə alaraq şikayət məktubunda adı hallanan Cavid Məmmədzadənin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS