Prezident rektoru vəzifədən azad etdi

Prezident rektoru vəzifədən azad etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ilə bağlı sərəncam imzalayıb.

DOSYE.ORG xəbər verir ki, sərəncama əsasən, İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olub. 1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

1993-cü ildən 2002-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib.

2009-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

Kənd təsərrüfatı elmləri doktoru, professor İ.Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

DOSYE.ORG

COMMENTS