Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

ilham0.jpg

Prezident İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncamda qeyd edilir ki, “Şəmkir rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

COMMENTS