Prezidenti ölümlə hədələyən şəxs YAXALANDI

Prezidenti ölümlə hədələyən şəxs YAXALANDI

Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi saxlayıb.

Dosye.org xəbər verir ki, bu barədə Varşava polisi özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, 72 yaşlı şəxs prezident Andjey Dudanı ölümlə hədələyib. O, Voevodskın Qəza Bildirişləri Mərkəzinə zəng edərək, “Adamoviç (Qdansk meri Pavel Adamoviç –red) öldü, sabah isə Andjey Duda ölə bilər”, – deyib.

Polis operativ şəkildə telefon zənginin hansı ünvandan edildiyini müəyyən edib. Həmin şəxs yaxalanıb, onunla bağlı iş prokurorluğa göndərilib.

Qeyd edək ki, Qdansk meri Pavel Adamoviç şəhərin 27 yaşlı sakini tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər merin həyatını xilas edə bilməyib. Bildirilir ki, hadisəni törədən cinayətkar iki həftə əvvəl həbs cəzasını başa vuraraq azadlığa çıxıb. O, daha əvvəl bank soyduğuna görə, 5 il azadlıqdan məhrum edilibmiş.

Dosye.org

COMMENTS