Prezidentin ayırdığı pul çala-çuxura tökülən daş -qayaya silinib – ŞOK İDDİA

Uzun illərdir, bərbad vəziyyətdə olan Şirvan-Salyan yoluna hələ ki, əlac tapılmır.

 

Yolun əsaslı təmir edilməsi üçün 2012-ci ildə hazırlanıb təsdiq olunmuş layihənin icrası ilə əlaqədar “Azəryolservis”in biganəliyinin səbəbi indiyə qədər heç kimə məlum deyil.

 

Dəfələrlə 31 km –lik yolun bərbad olmasından şikayətlənən yerli sakinlər, şürücülər müxtəlif formalarda etiraz tələblərini aidiyyəti orqanlara çatdırsalar da onların haqq səsini bu günədək dinləyən olmayıb.

 

Qeyd edək ki, movcud vəziyyət mətbu orqanlarda dəfələrlə işıqlandırılıb. Hətta bu məqsədlə ölkə başçısı 2013-ci ildə yolun təmirinə vəsait belə ayırıb.

 

Xüsusilə bu fərmandan sonra məsələnin öz müsbət həllini tapacağına xeyli ümüd yaranmışdı. Həmin vaxtdan nə az, nə çox, düz ilyarım zaman ötüb; yay qurtarır, payız gəlir. Ortada isə heç bir nəticə yoxdur.

 

Ayrılan pul çala-çuxura tökülən daş qayaya silinib.

 

Uzunluğu 31 kilometr olan Salyan-Şirvan yolunun təmir-bərpa işlərinin 10 kilometrlik hissəsi Şirvan 34 saylı yol istismarı idarəsinə, 21 kilometri isə Salyan 38 saylı yol istismarı idarəsinə həvalə edilib.

 

Sözü gedən yol son dəfə sovetlər dönəmində istifadəyə yararlı olub. Müstəqilliyimizdən bəri gündən-günə dağılaraq indiki vəziyyətə düşüb.

 

Görünən budur ki, magistral xətt boyu sıralanan yaşayış məntəqələri-Qırxçıraq, Parça Xələc, Seydan, Abadkənd, Xələc, Kolanı, Qarabağlı, Təzəkənd, Gomuşlu, Kərimbəyli, Qaraçala, Yolüstü, Çadırlı, Bəşirbəyli və Pambıqkənd sakinləri ilə bərabər bu yoldan istifadə edən sürücülər də onun düzələcəyi günü, yəqin ki, bir il də gözləməli olacaqlar.infom.az

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

COMMENTS