Prezidentin mətbuat xidmətinin əməkdaşına ağır itki üz verdi

Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun müavini Vahid Əzizova ağır itki üz verib.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsinin “Azərbaycanın kriminal həyatı” səhifəsində məlumat yerləşdirilib. Vahid Əzizovun gənc oğlu Fərid bu gün yol qəzasında həyatını itirib.

Ferid Əzizov Milli Aviasiya Akademiyasının tələbəsi idi.

“Qafqazinfo”nun kollektivi Vahid müəllimə başsağlığı verir. Allah rəhmət eləsin!

COMMENTS