Prodüser Təranə Səmədova etiraf etdi” Qızım nikahdankənar doğulub”

Prodüser Təranə Səmədova “Bu saat” verilişində “Stop” rubrikasının qonağı olub.

Prodüser, həyat və yaradıcılığı ilə bağlı sualları cavablandırıb.

O, qızını nikahdan kənar dünyaya gətirdiyini etiraf edib:

“Mən ikinci dəfə ailə qurmamışam. Övladım nikahdan kənar dünyaya gəlib. Əlbəttə ki, bunu söyləyərək qadınları nikahdan kənar uşaq dünyaya gətirməyə çağırmıram. Buna görə istəyirlər məni qınasınlar, istəyirlər qəbul etsinlər. Məni maraqlandırmır. Yaşadıqlarımla hansı qadın üzləşsəydi, eyni addımı atardı. Mənim başqa çıxış yolum yox idi. Övladım mənim üçün stimul oldu. Çünki nə üçün yaşadığımı bilmirdim, qızım məni həyata bağladı. İndi tənha anayam, qızımı tək böyütməyimlə də fəxr edirəm”. (axsam.az)

COMMENTS