Prokuror kriminal avtoritetə cəza istədi

Prokuror kriminal avtoritetə cəza istədi

Kriminal avtoritet hakim önünə çıxarılıb. O, narkotik vasitə saxlama və satmaqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Rafael Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

R.Hüseynovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iclası dekabrın 6-da davam edəcək.

Cinayət işinin materiallarında Narkoloji Mərkəzdən alınmış rəy var. Orada R.Hüseynovun narkotik istifadəçisi olduğu göstərilib. Amma özü bununla razılaşmır. Məhkəmədə də vəsatət qaldırıb ki, təkrar müayinədən keçirilsin. Amma vəsatəti təmin olunmayıb. Hakim deyib ki, həbsindən 7 ay vaxt keçib, onun əvvəl narkotikdən istifadə edib-etmədiyini müəyyənləşdirmək mümkün olmayacaq.

R.Hüzeynov özünü təqsirli bilmir.

Qeyd edək ki, həbs edilən Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.

Kriminal avtoritet kimi tanınan Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.

Rafael Hüseynov özünü təqsirli bilmir. Deyir ki, həbsi sifarişidir. Onun sözlərinə görə saxlanılan zaman nə üzərində, nə də mənzilində narkotik olub.

Qeyd edək ki, Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyatda tanınmış qaydasız döyüşçü, dünya çempionu, hazırda Daxi İşlər Nazirliyinin əməkdaşı, polis zabiti olan Bəxtiyar Abbasov rəhbərlik edib.

DOSYE.ORG

COMMENTS