Prokuror MTN generalına qaytarılmış əmlakın müsadirəsini TƏLƏB EDİR

Prokuror MTN generalına qaytarılmış əmlakın müsadirəsini TƏLƏB EDİR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin geri qaytarılmış əmlakları yenidən müsadirə oluna bilər.

DOSYE.ORG xəbər verir ki, bu fakt Bakı Apellyasiya Məhkəməsində Mövlam Şıxəliye , 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə hakim İlqar Murğuzovun sədrlik etdiyi prosesdə bəlli olub.

Prosesdə çıxış edən dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır.

Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısını öz hökmü ilə Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.

Dövlət ittihamçısının çıxışından sonra proses martın 6-na qədər təxirə salınıb.

DOSYE.ORG

COMMENTS