Prokurorluğun əməkdaşı şantaj olunur?-ŞOK

Prokurorluğun əməkdaşı şantaj olunur?-ŞOK

Bakı şəhərində vətəndaşların etibarından sui-istifadə edən Səbinə adlı xanım barəsində oxucularımızı bilgiləndirmişdik.

Onu da nəzərinizə çatdıraq ki, adı hallanan şəxs güya lazer kursuna xanımları dəvət edir, bundan sonra onları işlə təmin edəcəyi barədə yalan vədlər verir. Bunun muqabilində Səbinə adlı şəxs onunla əlaqə saxlayan xanıma kart hesabını göndərir.

Bir müddət keçdikdən sonra məlum olur ki, vətəndaş dələduzluğa məruz qalıb. DOSYE.ORG-ın əldə etdiyi son məlumatlara görə, Səbinə adlı şəxs sosial şəbəkə vasitəsi ilə xanımları məharətlə aldada bilir.

Daha bir maraqlı məlumatı sizin diqqətinizə çatdırırıq. Belə ki, özünə peşə seçən xanım hazırda Binəqədi rayon prokurorluğun əməkdaşını şantaj edir. Bu barədə daha geniş məlumarlar əldə etdikdən sonra Baş Prokuror cənab Kamran Əliyevə rəsmi məktub ünvanlanacaq.

Vətəndaşlardan xahiş edirik ki, əgər kimsə Səbinə adlı şəxsin yalan vədlərinə inanıb onun bank hesabına vəsait köçürübsə bizimlə əlaqə saxlasın.

DOSYE.ORG

COMMENTS