Top.Mail.Ru

Prokurorluq Gəncədəki insidentlə bağlı məlumat YAYDI

Prokurorluq Gəncədəki insidentlə bağlı məlumat YAYDI

Gəncədə 4 nəfərin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Modern.az-ın məlumatına görə, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı 1967-ci il təvəllüdlü  Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüd Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü  Malik Quliyev, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.

Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

DOSYE.ORG

COMMENTS