Top.Mail.Ru

Prosineçki Beqoviçi yenə milliyə çağırmadı

Prosineçki Beqoviçi yenə milliyə çağırmadı

Bosniya və Herseqovina millisinin Avro-2020-nin seçmə mərhələsində Finlandiya və Yunanıstanla oyunlar üçün heyəti açıqlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, millinin baş məşqçisi Robert Prosineçki bu dəfə də “Qarabağ”ın qapıçısı Asmir Beqoviçə yer verməyib. O, yığmaya qapıçılar  İbrahim Şehiç (“Ərzurumspor”), Kenan Piriç (“Maribor”), Jasmin Buriçi (“Hapoel” Hayfa) çağırıb.

Qeyd edək ki, Prosineçki “Qarabağ”a gələnə qədər 4 aydır oynamayan A.Beqoviçi milliyə dəvət etmirdi. Bu günlərdə o bildirib ki, futbolçunun Ağdam klubuna keçməsindən xəbərdardır və əgər daimi oynasa, milliyə dəvət alacaq.

Qeyd edək ki, “Qarabağ” Beqoviçi transfer etdikdən sonra üç oyun keçirib. Onların hər birində bosniyalı qapıçı əsas heyətdə yer alıb.

Əlavə edək ki, Bosniya və Herseqovina oktyabrın 12-i evdə Finlandiya ilə, 3 gün sonra isə səfərdə Yunanıstanla qarşılaşacaq.

DOSYE.ORG

COMMENTS