Pul ödənməsə, ölü qəbirdən çıxarılır

Pul ödənməsə, ölü qəbirdən çıxarılır

Bu qəbiristanlıqda çox sərt qaydalar var.

 

Məzar yerlərinin uzunmüddətli icarəyə verildiyi məkanda icarə pulu ödənməyəndə ölülər qəbirdən çıxarılır, polietilen paketlərə qoyularaq kremasiya sobasına aparılır, orada yandırılır.

Dosye.org Daily Mail-ə istinadən bildirir ki, dünən də məzarlıqda “borcluların təmizlənməsi” prosesi gedirdi. İcarə pulunu verməyən ölü sahiblərinin “laqeyd”liyindən bezən qəbristanlıq rəhbərliyi “pulsuz yatan” ölüləri məzarlardan çıxartdırıb.

Fəhlələr məzarları külüng, gürz və çəkiclərlə, ling və dəmirlərlə dağıdıblar, nəşləri çıxarıblar və polietilen paketlərə yığıblar.
Bütün bunlar Qvatemalanın paytaxtı Qvatemalanın cənub səmtindəki məzarlıqda yaşanıb.

Nəşlərin bir qismi paketlərə qoyulandan sonra yük maşınına atılıb və şəhər kənarındakı zibilxanaya boşaldılıb.

COMMENTS