“Biz gözləyirdik ki, topçu Vüsal kimlərin fotolarını tarix dərsliklərinin üzərinə vursunlar, araq şüşəsinin üstünə vurdular…”
On illərlə bu xalqın bəzi toplumlarına anlada bilmədik ki, ən azı, son 3 əsrdən üzü bəri Azərbaycanın məğlubiyyətlərinə, torpaqlarımızın, o cümlədən “Qarabağın işğalına şərait yaradan ən güclü vasitələrdən biri erməni, rus qızları, eləcə də erməni tut arağı və rus “vodka”sı olub…”
Dünəndən xəbər verildiyi kimi, 44 günlük müzəffər savaşımızda adı dillər əzbərinə çevrilmiş topçu Vüsalın fotosu müsəlman ölkəsi sayılan Azərbaycanın(!) araq şirkətlərindən biri tərəfindən araq şüşəsinin üzərinə vurulub.
Məsələ ölkəmizin inanclı müsəlmanları, din xadimləri tərəfindən hiddətlə qarşılanıb.
Mövzu ilə bağlı açıqlamasında “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli belə deyib:
“Açığı, bu, bir rəzalətdir. Dini, milli-mənəvi dəyərlərimizə qarşı təxribat və təhqirdir… Doğrusu, biz gözləyirdik ki, topçu Vüsal kimi igidlərimizin şəkillərini tarix dərsliklərinin üzərinə vursunlar. Amma nə yazıqlar olsun ki, bəzi nəfsinə, tamahına hakim olmayanların ucbatından bunu araq şüşəsinin üstünə vurdular…
Bizim Müzəffər Ordumuz, cəsur, imanlı əsgərlərimiz kimlərinsə pul qazanmaq məqsədilə istehsal etdiyi araq şüşəsinə şəkilləri vurulsun deyə vuruşmayıblar. Bu, əslində əsgərə, keçmiş və indiki savaşlarımızdakı on minlərlə şəhidlərimizin ruhlarına da təhqirdir. Pul qazanmaq xatirinə Müzəffər Ordumuzu bu qədər aşağılamaq olmaz. Bir Azərbaycan vətəndaşı olaraq bu cür davranışları qınayır və bütün Azərbaycan ziyalılarından, din xadimlərindən, hər bir imanlı, vicdanlı azərbaycanlıdan da bu mənfur addıma öz etirazlarını bildirmələrini xahiş edirəm…”
P.S. On illərlə bu xalqın bəzi toplumlarına anlada bilmədik ki, ən azı, son 3 əsrdən üzü bəri Azərbaycanın məğlubiyyətlərinə, torpaqlarımızın, o cümlədən Qarabağın işğalına şərait yaradan ən güclü vasitələrdən biri erməni, rus qızları, eləcə də erməni tut arağı və rus “vodka”sı olub…
P.P.S. Peyğəmbərimiz müzəffər savaşlarından dönən Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam səhabələrinə buyurur ki, indi biz böyük cihada yollanırıq. Səhabələri təəccüblə bunun açmasını soruşurlar. Peyğəmbərimiz(s) cavab verir ki, döyüş -kiçik cihad idi, onda qalib olduq. Amma indi böyük cihada – nəfsimizlə mübarizəyə yollanırıq, bu, silahlı savaşdan da ağırdır…
DOSYE.ORG
COMMENTS