Pulsuzluq İŞİD-çilərin xilafət “sevgi”sini vurdu

İŞİD terror təşkilatının 170 döyüşçüsü yaşanan maliyyə və inzibati problemlərə görə, İraqın Mosul şəhərini tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Bəhreynin “Al-Vasat” qəzeti yazıb. Qəzetin hadisə şahidlərindən əldə etdiyi məlumata görə, Mosula nəzarət edən qrupun daxilində son aylarda baş verən maliyyə və inzibati problemlər döyüşçülərlə təşkilat liderləri arasında problemlər yaradıb. Məhz bu problemlərə görə, 170 döyüşçü Mosulu tərk edərək, Suriyanın Rakka şəhərinə gedib.

COMMENTS