Rusiya Prezidenti Vladimir Putin Cəzaların İcrası üzrə Federal Xidmətin (FSİN) rəis müavini, general-mayor Vladislav Tsaturovun vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, General Tsaturov Azərbaycan əsillidir. O, 1960-cı ildə Şamaxı rayonunda anadan olub. Bir müddət öncə Rusiya mətbuatında yer alan xəbərlərə görə, Tsaturov əlaqələrindən istifadə edərək Krımın ilhaqından sonra ukraynalı biznesmenlərin orada qalan əmlakını dəyər-dəyməzə ələ keçirib.
COMMENTS