Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırtdırdı

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin hərbi toplanışa çağırılması ilə bağlı fərman imzalayıb.

“2015-ci ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşlarını iki aya qədər Rusiya Federasiyasının Silahlı Qüvvələrində, Daxili İşlər Nazirliyinin daxili qoşunlarında, dövlət mühafizəsi orqanlarında, Federal Təhlükəsizlik Xidməti orqanlarında hərbi toplanış keçmək üçün çağırılsın”, – sənəddə deyilir.

Virtualaz.org bildirir ki, bu barədə məlumatı RİA-Novosti yayıb.

Məlumatda o da bildirilir ki, 5 fevral tarixli fərman imzalandığı andan qüvvəyə minir.

Qeyd edək ki, Rusiyada ehtiyatda olan hərbçilərin hərbi hazırlığı hər il keçirilir. Ötən il hərbi toplanışlar iyulda keçirilmişdi.

COMMENTS