Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inandığı üçün danışıqlara ciddi yanaşmır.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib.
Universitetdə çıxışı zamanı MKİ direktoru bildirib ki, Ukraynanın planlaşdırdığı əks-hücum əməliyyatı çox vacibdir, çünki məhz Silahlı Qüvvələrin döyüş meydanında irəliləməsi çox güman ki, danışıqlar perspektivini formalaşdıracaq.
“Əsl ölkələr müqavimət göstərir. Putin müharibədən əvvəl Ukrayna ilə bağlı fərziyyələrində dərindən yanılmışdı”, – Börns vurğulayıb.
O əlavə edib ki, kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, ABŞ-dən Ukraynaya gələcək dəstəyin davam etdirilməsi çox vacibdir.
COMMENTS