Putin inqilabın nəfəsini hiss edir

Putin inqilabın nəfəsini hiss edir

pul.jpg

Rusiyanın Mərkəzi Bankı ölkədən rekord kapital axını barədə məlumatları elan edəndən sonra prezident Vladimir Putin inqilabların ölkəyə idxal olunmaması üçün hər şeyi etməyi əmr edib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu iddia ilə Polşanın “Gazeta Wyborcza” nəşri çıxış edib.

Putin inqilabın nəfəsini hiss edir” başlıqlı məqalədə qeyd edilir ki, kapital axınının qiymətlərinin élan edilməsi fonunda Vladimir Putin “rəngli inqilablar”ın qarşısının alınması üçün lazımi göstərişləri verib. 

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasında “Biz “rəngli inqilablar”ın hansı faciəli nəticələrə gətirib çıxardığını görmüşük”,-deyib.

Məlumat üçün deyək ki, Rusiyada 2014-cü ilin oktyabr ayı ərzində 28 milyard dollar kapital axını olub. Bu il ərzində, ən yüksək rəqəmdir.  

COMMENTS