Top.Mail.Ru

Putin köhnə siyasi simaları təmizləyir – Zülfüqarov

Putin köhnə siyasi simaları təmizləyir – Zülfüqarov

Vladimir Putin özünə varis axtarmır, o, sadəcə ətrafına daha peşəkar komanda toplamağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyada hökumətin istefaya göndərilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, hökumətin istefası Medvedyevin fəaliyyəti ilə bağlıdır:

Putinin hökumətdə apardığı kadr dəyişiklikləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri belə bir iddia irəli sürür ki, Putin öz hakimiyyətini təhvil verməyə varis axtarır. Zənnimcə, bu, yanlış fikirdir. Hələ ki Putinin özünə varis axtarmasına ehtiyac yoxdur. Düşünürəm ki, Putin Medvedyevi istefaya göndərməklə hakimiyyəti köhnə siyasi simalardan təmizləyir və onların yerinə daha gənc simalar gətirir. Bu hal bir çox ölkələrin praktikasında mövcuddur. Yeni hökumətin qurulması hər zaman siyasətdə yeni əhval-ruhiyyə yaradır. Hesab edirəm ki, Rusiyanın yeni hökuməti daha çox peşəkarlardan ibarət olacaq”.

DOSYE.ORG

COMMENTS