Putin KTMT ölkələrinin rəhbərlərini Moskvaya dəvət etdi

Putin KTMT ölkələrinin rəhbərlərini Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərlərini və hərbi heyətlərini 2025-ci ildə Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə parada dəvət edib.

Mənbənin bildirdiyinə görə, bu barədə Putin özü açıqlama verib.

“Biz, əlbəttə ki, 2025-ci il mayın 9-da KTMT-yə üzv ölkələrin liderlərini Moskvada gözləyirik. Bundan əlavə, biz sizin ölkələrinizin hərbi ekipajlarını Rusiya hərbçiləri ilə birlikdə Qızıl Meydandakı paradda iştirak etməyə dəvət edirik”, – Putin KTMT ölkələrinin parlament rəhbərləri ilə görüşdə deyib .

Rusiya lideri KTMT dövlətlərinin tarixi həqiqətlərin qorunması istiqamətində fəaliyyətinin vacibliyini qeyd edib.

COMMENTS