Putin Qazaxıstana gedib

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Belarusun dövlət başçıları Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə martın 20-nə nəzərdə tutulan görüş üçün Astanaya gedib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, dövlət başçıları Ukraynadakı situasiyanı və Minsk razılaşmasının yerinə yetirilməsi gedişini müzakirə edəcəklər.

COMMENTS