Putin sosial paketi açıqladı – İşsizlərə dəstək

Putin sosial paketi açıqladı – İşsizlərə dəstək

Rusiya Prezidenti Vladimir Putin ölkə regionlarının rəhbərləri ilə videomüşavirədə koronavirus ilə mübarizə çərçivəsində yeni tədbirlər görülməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti koronavirusla mübarizə şəraitində işləyən həkimlərə, orta və kiçik tibb personalına 3 ay ərzində əlavə ödənişlər edilməsini, onlara hərbçilərdə olduğu kimi, yüksək sığorta təminatları verilməsini təklif edib.

V.Putin Nazirlər Kabinetinə və Mərkəzi Banka şirkətlərə əməkdaşların gəlirlərini saxlamağa imkan verən əlavə dəstək proqramı hazırlamağı tapşırıb. O, dövlətin, ilk növbədə, məşğulluğu qoruyub saxlamış şirkətlərə yardım edəcəyini qeyd edib.

Putin sosial fondlara sığorta ödənişlərinin 6 ay müddətində təxirə salınması qaydasını orta və kiçik biznesin ziyan çəkmiş bütün müəssisələrinə şamil etmək təklifini irəli sürüb.

Putin valideynlərin işsiz olduğu ailələrdəki həddi-buluğa çatmamış hər uşaq üçün 3 ay ərzində 3 min rubl ödənməsini, martın 1-dən sonra işlərini itirmiş və məşğulluq xidmətinə müraciət etmiş hər kəsə aprel, may və iyun aylarında işsizliyə görə vəsait ödənilməsini tapşırıb.

Bundan əlavə, istifadə müddəti ötmüş pasport, vəsiqə və digər sənədlərin vaxtının avtomatik olaraq 3 ay müddətinə uzatmaq tapşırılıb.

DOSYE.ORG

COMMENTS