“Putin Ukraynanı işğal edib, SSRİ-ni bərpa etmək istəyir”

Ukrayna ABŞ və Avropa Birliyindən təminat almağa çalışır.

 

Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib ki, Rusiya prezidentinin son hədəfi Ukraynanı işğal etməklə SSRİ-ni bərpa etməkdir. Baş nazir hesab edir ki, bu istiqamətdə ilk addım Krımın ilhaqı idi. Şərqi Ukraynada dondurulmuş münaqişələr yaratmaq da bu məqsədə xidmət edir.

“Mən Vladimir Putinin istəyindən xəbərdaram. O, sadəcə Donetski və Donbası işğal etməklə kifayətlənmək fikrində deyil. O, istəyir ki, bütün Ukraynanı ələ keçirsin. Putin Ukraynanın böyük Avropanın bir hissəsi olması ilə heç cür razı deyil. O, istəyir ki, SSRİ-ni bərpa etsin”, baş naziri Arseniy Yatsenyuk deyib.

Baş nazir hesab edir ki, ABŞ və Avropa Birliyinin qarantiyası olmadan Donbasda elan olunmuş atəşkəsin ömrü o qədər də uzun olmayacaq. Bu fasilədən hərbi birləşmələrin yenidən bir araya gətirilməsi və silah-sursatla təminatı üçün istifadə olunacaq.

Ukraynanın baş naziri deyib ki, problemin sülh yolu ilə həlli çox cəlbedici görünür. Ancaq bunu həyata keçirmək üçün ABŞ və Avropa Birliyi danışıqlarda birbaşa iştirak etməlidir. Bizə Ukraynanın suverenliyi və müstəqilliyi ilə bağlı beynəlxalq təminat lazımdır. (Müsavat )

COMMENTS