Putin və Ərdoğan telefonla danışıb

Putin və Ərdoğan telefonla danışıb

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Dosye.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını müzakirə ediblər. Birgə Hərtərəfli Fəaliyyət Planının beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətindən danışılıb, tərəflər bu kontekstdə gələcək addımların əlaqələndirilməsi barədə razılığa gəliblər.

Putin və Ərdoğan, həmçinin Suriya və əsas ikitərəfli layihələrin həyata keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıb.

Dosye.org

COMMENTS